









**İcarəyə verilir – 2 otaqlı yeni tikili, 98 m², Bayıl qəsəbəsi**
Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində — Landau School və Su İdman Sarayı yaxınlığında yerləşən Boulevard Residence yaşayış kompleksində mənzil kirayəyə verilir.
17 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 98 m²-dir. Mənzil 2 otaqdan ibarət olub, müasir üslubda yüksək keyfiyyətlə təmir edilib və tam yaşayış üçün bütün lazımi şəraitlə təmin olunub.
Evin üstünlükləri:
• İşıqlı və geniş otaqlar
• Səmərəli və rahat planlaşdırma
• Zövqlü interyer və keyfiyyətli təmir
• Qaz, işıq və su daimidir
Kompleksin yerləşməsi xüsusi üstünlükdür — Bakı Bulvarı cəmi 100 metr məsafədədir. Ətrafda məktəblər, marketlər, ictimai nəqliyyat və əsas yol qovşaqları mövcuddur.
Rahatlıq, prestij və əlverişli lokasiya axtaranlar üçün ideal seçimdir.
Номер объявления
Просмотров
Обновлено
6016139
40
04 апреля 2026